Onlayn ictimai-siyasi qəzet
UEFA Çempionlar Liqasına və və növbəti mövsümə Avstriyada hazırlaşan "Qarabağ" təlim-məşq toplanışını çərçivəsində bu gün sonuncu sınaq matçına çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 4-cü yoxlama oyununda Avstriya nəhəngi "Zalsburq"la üz-üzə gələcək.
Kaprun stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq. "Köhlən atlar" Avstriyadakı hazırlıq çərçivəsində keçirdiyi ilk oyunda Ukrayna "Metallist Xarkov"una 4:5 hesabı ilə uduzub. Ölkə çempionu daha sonra Niderlandın "Tvente" komandası ilə 2 dəfə qarşılaşıb və birində qalib (3:2) gəlib, digərində məğlub (1:2) olub. "Köhlən atlar" Bakıdakı hazırlıq prosesi çərçivəsində isə "Zirə"ni 4:0 yenib.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Azərbaycan çempionu növbəti mərhələdə "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Potensial rəqiblə ilk görüş iyulun 22-də, cavab qarşılaşması 29-da baş tutacaq. (fanat.az)
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ