Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağının şimalında, Cəbəliyyə bölgəsində baş verən döyüşlər zamanı İsrail ordusunun tankı vurulub. Nəticədə 3 hərbçi həlak olub, bir zabit isə ağır yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilir ki, həlak olan hərbçilər, 21 yaşlı baş çavuş Şoxam Menahem, 20 yaşlı çavuş Şlomo Yakir Şrem və 19 yaşlı çavuş Yuli Faktor İsrail ordusunun 401-ci zirehli briqadasının 52-ci batalyonunun üzvləri olublar.
İlkin məlumatlara görə, insident tankın tank əleyhinə raketlə vurulması zamanı baş verib. Hadisə zamanı ağır yaralanan zabit xəstəxanaya yerləşdirilib.
İsrail ordusu hadisənin səbəblərini araşdırır.
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ