Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanən paytaxtı Bişkekdə “Hare Krişna hərəkatı” kimi tanınan “Krishna şüuru cəmiyyəti” təriqətinin funksionerlərinin qanunsuz fəaliyyətinin qarşısı alınıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Milli Məsələlər üzrə Dövlət Komitəsinin mətbuat xidməti Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrı Dövlət Komitəsinin qeyri-qanuni fəaliyyət göstərən dini təriqət və təşkilatların fəaliyyətinə qarşı apardığı əməliyyat-axtarış tədbirləri çərçivəsində “Krişna şüuru cəmiyyəti” təriqətinin funksionerlərinin qanunsuz fəaliyyətini dayandırıb.
“Müəyyən edilib ki, təriqətin yerli davamçıları vaxtaşırı xarici missionerin (“Sannyalar” adlanan) cəlb edilməsi ilə kommersiya sessiyaları (“özünüdərketmənin təmizlənməsi, özünüinkişaf üzrə psixoloji kurslar”) adı altında tədbirlər təşkil edirlər. Tədbirlər zamanı təklif və manipulyasiya kimi psixoloji təsir üsullarından, həmçinin fərdi (“jappa”) və kollektiv (“kirtana”) meditasiya, , mantra oxumaq və s. gizli dini ayinlərdən fəal şəkildə istifadə olunub.”, - deyə MTN-dən bildirilib.
Bildirilir ki, 2024-cü ilin noyabrında Bişkekdəki mehmanxanaların birində bu təriqətin üzvləri Qırğızıstanın 300-ə yaxın vətəndaşının iştirakı ilə konfrans təşkil ediblər. İştirak üçün biletlər 1000-3000 soma satılıb, əksər iştirakçıların təşkilatçıların dini təriqətlə əlaqəsi və tədbirin dini mahiyyətindən xəbəri olmayıb.
“Qeyri-qanuni dini fəaliyyətin qarşısının alınması məqsədilə MTDK və Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə yoxlamaya başlanılıb, nətcədə qanunsuz dini fəaliyyətin təşkilatçılarına qarşı qanun pozuntuları ilə bağlı protokollar tərtib edilib və onlara cərimə tətbiq edilib”, - idarədən bildirilib.
MTDK dini təriqətlərin fəaliyyətinə cəlb olunma risklərini aradan qaldırmaq üçün vətəndaşları müxtəlif kommersiya kurslarında və psevdopsixoloqların kouçinq təlimlərində iştirak edərkən diqqətli olmağa çağırır.
Musavat.com
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ