İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan sözdən işə keçdi - "TikTok"a giriş məhdudlaşdırıldı

Qırğızıstanda “Tik-Tok”-a giriş məhdudlaşdırılıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilir ki, proqrama daxil olmaq istəyərkən o, donur. Məlumdur ki, bəzi provayderlər hələ də girişi bloklamayıb.

24.kg-ın məlumatına görə, Rəqəmsal İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən rabitə sənayesində tənzimləmə və nəzarət xidməti ölkənin internet provayderlərinə TikTok sosial şəbəkəsinə girişin məhdudlaşdırılması xahişi ilə məktub göndərib.

Əvvəllər idarəyə MTN-dən məktub daxil olub. Bildirilir ki, “Tik-Tok”-un Qırğızıstan seqmentində, xüsusən də uşaqların informasiya məkanında “məzmun senzurasına sistemli və prinsipial yanaşma yoxdur”.

Xatırladaq ki, Mədəniyyət Nazirliyi ötən il avqustun sonunda “Tik-Tok”un bloklanması ilə bağlı Rəqəmsal İnkişaf Nazirliyinə sorğu göndərib.

Rəqəmsal İnkişaf Nazirliyindən Qırğızıstanda “Tik-Tok”-un bloklanması tələb olunub. İdarədən bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatları tərəfindən uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “Tik-Tok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı narahatlıq ifadə edən müraciətlərin sayı artıb.

Bu qərar həm cəmiyyətdə, həm də ekspertlər arasında geniş rezonans doğurub. Populyar sosial şəbəkəyə qoyulan qadağanın kiçik və orta biznesin problemlərini ağırlaşdıracağı, Qırğızıstan Respublikasında söz azadlığına və demokratiyaya xələl gətirəcəyi, gənclər arasında özünüifadə imkanlarının azaldılması ilə bağlı fikirlər yayılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR