İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğız musiqiçi Qazaxıstandan "işgəncə pulu" tələb edir

Qırğızıstanlı musiqiçi Vikram Ruzaxunov işgəncəyə məruz qaldığına görə Qazaxıstan hakimiyyətindən təzminat tələb edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Qırğızıstan və Qazaxıstan mediası yazıb. 

Ruzaxunovun jurnalistlərə verdiyi məlumata görə, hazırda onun səhhəti qənaətbəxşdir.

“Biz kompensasiya tələb edəcəyik. Hazırda Qazaxıstandakı nümayəndələrimlə iş gedir. Məbləğ müəyyən edilməyib”, - deyə o bildirib.

Musiqiçi onu da əlavə edib ki, Qazaxıstana konsertlərə dəvət alır, lakin təhlükəsizlik baxımından ora getmir.

Xatırladaq ki, Qazaxıstanda baş verən iğtişaşlardan sonra yanvarın 9-da Qazaqstan telekanalı Qırğızıstandan gəldiyini deyən və pul müqabilində aksiya keçirməyi təklif edən şəxsin dindirilməsinin videosunu yayıb. Sonradan məlum olub ki, bu şəxs musiqiçi Vikram Ruzaxunov imiş.

Yayımlanan görüntülər Qırğızıstanda hiddətə səbəb olub. Prezident Sadır Japarov və Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev vəziyyətə münasibət bildiriblər. Qazaxıstanın Bişkekdəki səfirliyi yaxınlığında aksiya keçirilib. Qırğızıstan Xarici İşlər Nazirliyi səfirə etiraz notası təqdim edib.

2022-ci ilin sentyabrında Qazaxıstan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin dəvəti ilə vəkilin müşayiəti ilə Vikram Ruzaxunov zərərçəkmiş şəxs qismində istintaq hərəkətlərində iştirak etmək üçün Almatı vilayətinə gəlib. O, yanvar hadisələri zamanı işgəncələrə məruz qalan 10-dan çox qazax polisini müəyyən edib.

Musiqiçinin sözlərinə görə, Qazaxıstan tərəfi uzun müddət işgəncəni etiraf etməyib və üzr istəməyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR