İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT təmsilçisi Gülnarə Əmiraslanova özünü yandıran qazidən yazdı - "....3 otaqlı mənzillə təmin olunub"

Tanınmış ictimai fəal, QHT təmsilçisi Gülnarə Əmiraslanova ötən gün Samux rayonunda özünü yandıraraq intihara cəhd edən qazimiz Təbriz Abdullayev barədə facebook səhifəsinə paylaşım edib.

Musavat.com QHT təmsilçisinin həmin statusunu təqdim edir:

"Samux Rayonunda qazi Təbriz Abdullayevin özünü Samux rayon İcra hakimiyyətinin binası önündə yandırması ilə baglı qazinin ailəsi, Samux rayon İcra hakimiyyətinin nümayəndəsi, bir neçə Bələdiyyə sədri və qazilərlə əlaqə saxlayıb ösünəqəsdin səbəblərini öyrənməyə çalışdım. Məlum oldu ki, qazi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev tərəfindən dəfələrlə qəbul edilərək müraciətləri dinlənilib və həll olunub. 1 hektar əkin sahəsi, həyat yoldaşını işlə, yeni 3 otaqlı mənzillə, biznes məqsədi ilə magaza tikmək üçün torpaq sahəsi, "Yaşat Fondu" tərəfindən 10000 manat yardımla, dəfələrlə rayon rəhbərliyi tərəfindən 700 manat, 300 manat və başqa bir çox köməkliklər olunub. Bu yardımların olunmasını rayon ərazisində yaşayan qazilər də təsdiqlədilər. Ümumiyyətlə, müraciət etdiyim hər bir qazinin problemləri ilə maraqlandım və hər biri icra başçısından narazı olmadıqlarını, xoş qarşılandıqlarını bildirdilər. Bəs səbəb nədir ki, qazilər özünəqəsd edirlər? Müharibənin travmasını yaşamış insanlara bütün bu yardımlardan əvvəl hər bir rayonda reabilitasiya yardımı olunmalıdır və bütün qazilər bu yardımdan yararlanmalıdırlar. Səyyari psixoloq yardımı təşkil olunmalıdır. Bu istiqamətdə işlər gücləndirilməlidir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR