İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada ölənlərin sayı 4500-ü keçdi

Oktyabrın 7-dən bu günə qədər Qəzzada dünyasını dəyişənlərin sayı 4651 nəfərə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.

Ölənlərdən 1873-nün uşaq olduğu qeyd edilib.

Yaralıların sayının isə 14245-ə çatdığı bildirilib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR