İnsanlara hürriyət, millətlərə istiqlal!

3 il öncə savaşırdılar, indi ticarət dövriyyəsini 15 dəfə artırıblar

2025-ci ilin ilk beş ayında Tacikistan və Qırğızıstan arasında ticarət dövriyyəsi 15 dəfə artaraq 2024-cü ilin eyni dövründəki 405 min dollara qarşı 6,35 milyon dollara çatıb.

Musavat.com Asia Plus-a istinadla xəbər verir ki, bu barədə Tacikistan Gömrük Xidməti məlumat yayıb.
Bildirilir ki, Tacikistandan Qırğızıstana ixrac 1,59 milyon dollar, idxal isə 4,76 milyon dollar təşkil edib.
Ekspertlər artımı siyasi münasibətlərin yaxşılaşması ilə əlaqələndirirlər.

Bundan əlavə, iyunun 30-da iki ölkənin xarici işlər nazirləri iqtisadi əməkdaşlığı genişləndirmək və qarşılıqlı ticarəti 500 milyon dollara çatdırmaq barədə razılığa gəliblər.

İki respublika arasında ticarət dövriyyəsinin pik həddi 2018-2019-cu illərdə olub - o zaman illik dövriyyə təxminən 60 milyon dollara çatıb. 2020-ci ildən etibarən azalma başlayıb: 2023-cü ilə qədər ticarət dövriyyəsi 11,4 milyon dollara düşüb. 2024-cü ildə də bu rəqəm aşağı səviyyədə qalıb - 11,6 milyon dollar.

Qırğızıstan-Tacikistan sərhədi ilə bağlı müqavilə 2025-ci il martın 13-də imzalanıb. Həmin gün bir neçə il işləməyən keçid məntəqələri açılıb. Sənəd martın 31-də ratifikasiya sənədlərinin mübadiləsindən sonra qüvvəyə minib.

Xatırladaq ki, 2022-ci ildə iki ölkənin sərhədində baş verən silahlı insidentə görə Qırğızıstan və Tacikistanın münasibəti son dərəcə gərginləşmiş və müharibə vəziyyəti yaranmışdı. Ancaq o zaman ixtilafı çözmək və razılığa gəlmək mümkün oldu.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR