İnsanlara hürriyət, millətlərə istiqlal!

Qevorqyan: "Paşinyan Rusiya və İranın təklif etdiyi həll variantından imtina edib"

"Paşinyan Rusiya və İranın Qarabağla bağlı təklif etdiyi həll variantından imtina edib. Bundan sonra Ermənistanın baş naziri yalan danışaraq deyib ki, Rusiya sülhməramlı kontingenti vəziyyətə müdaxilə etmir".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu şərqşünas və politoloq Karine Qevorqyan deyib.

"Bütün bunlar başlayanda Şoyqu Tehrana səfər etdi. Mən dəqiq bilirəm ki, Rusiya və İran vəziyyəti qansız həll etmək üçün həyata keçirilə biləcək variant təklif edib. Lakin bunun üçün Paşinyanın razılığı lazım idi. O, bundan imtina etdi. Çıxıb deyir ki, Rusiya heç nə etmir. İndi Rusiya haqqında bir söz demək mümkün deyil, anti-Rusiya əhval-ruhiyyəsi ortadadır", - deyə o bildirib.

Qevorqyanın fikrincə, bu, Moskva ilə Bakı arasında gələcək münasibətlərə təsir edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR