Onlayn ictimai-siyasi qəzet
BMT ümid edir ki, Ermənistan hakimiyyəti ilə Apostol Kilsəsi arasında artan gərginlik qanun çərçivəsində və lazımi hüquqi proses çərçivəsində aradan qaldırılacaq.
"Report" xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik brifinqdə deyib.
"Biz Ermənistandakı hadisələri izləyirik. Ümid edirik ki, vəziyyət lazımi hüquqi prosedur çərçivəsində həll olunacaq", - o, müvafiq suala cavab olaraq bildirib.
Xatırladaq ki, iyunun 27-də arxiyepiskop Mikael Acapaxyan həbs olunub. Onun barəsində 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Keşiş 2024-cü ilin aprelində ona qarşı irəli sürülmüş maddələrlə ittiham olunur.
Bildirilib ki, Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının başçısına qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham irəli sürülüb. O, “KİV vasitəsilə hakimiyyətin zorakı yolla ələ keçirilməsinə” və “konstitusiya quruluşunun devrilməsinə” çağırışda şübhəli bilinərək saxlanılıb.
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ