İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb geri çəkilir: Rusiya kənd təsərrüfatı bazarına qayıdır, enerji obyektləri qorunur - Moskva və Vaşinqton əl sıxışdı

Rusiya və ABŞ ekspert qruplarının görüşü bir sıra mühüm razılaşmalarla yekunlaşıb.

Musavat.com xəbər verir ki, bu razılaşma ilə bağlı Kremlin.ru Rusiya versiyasını yayıb.

Həmin versiyaya görə, iki ölkə prezidentlərinin təşəbbüsü ilə keçirilən danışıqlarda tərəflər Qara dənizdə təhlükəsizlik, enerji obyektlərinə zərbələrin dayandırılması və Rusiya kənd təsərrüfatı məhsullarının bazara çıxışı ilə bağlı mühüm addımlar atıblar.

Tərəflər arasında razılaşmaya əsasən:

• Qara dənizdə kommersiya gəmilərinin hərbi məqsədlərlə istifadə olunmamasına,

• Gəmilərin təhlükəsiz hərəkətinə şərait yaradılmasına,

• Zəruri nəzarət və yoxlama mexanizmlərinin tətbiqinə dair “Qara dəniz təşəbbüsü” çərçivəsində razılıq əldə olunub.

ABŞ tərəfi Rusiya kənd təsərrüfatı məhsullarının (o cümlədən balıq məhsulları və gübrə) dünya bazarına çıxışını bərpa etmək və asanlaşdırmaq öhdəliyi götürüb. Bu çərçivədə:

• Rusiya kənd təsərrüfatı bankının və digər maliyyə institutlarının SWIFT sisteminə qoşulması,

• Kənd təsərrüfatı texnikası və komponentlərinin Rusiyaya tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması,

• Rusiya bayrağı altında üzən gəmilərə port xidmətlərinə və sığorta əməliyyatlarına qoyulan sanksiyaların ləğvi nəzərdə tutulur.

Bu tədbirlər yalnız yuxarıda sadalanan sanksiyaların ləğvindən sonra qüvvəyə minəcək.

Hər iki ölkə 18 mart 2025-ci ildən başlayaraq, qarşılıqlı şəkildə Rusiya və Ukrayna enerji obyektlərinə zərbələrdən imtina etməyə razılaşıb. Bu 30 günlük razılaşma bir tərəfin pozması halında dayandırıla bilər və ya müddəti uzadıla bilər.

Moskva və Vaşinqton enerji və dəniz sahəsində razılaşmaların həyata keçirilməsinə dəstək verən üçüncü ölkələrin vasitəçiliyini müsbət qarşılayıb.

Hər iki tərəf dayanıqlı və uzunmüddətli sülhün təmin olunması istiqamətində işləri davam etdirmək barədə öhdəliklərini təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR