Onlayn ictimai-siyasi qəzet
ARB24 telekanalının canlı efirində aparıcı Jalə Həsənlinin təqdimatında "Nə baş verir?" layihəsinin qonağı olan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Rusiyanın regionda yeni müharibə planı ilə bağlı açıqlamalar verib.
Musavat.com-un xəbərinə görə, Rauf Arifoğlu Moskvanın gizli Qafqaz dosyesi ilə bağlı detalları açıqlayıb.
Kremlin əsas hədəfləri barədə danışan R.Arifoğlu bunları deyib:
"Bu ssenarini təhlilçilər müzakirə ediblər. Azərbaycanda da mən bunlarla rastlaşmışam. Bu barədə mən də öz fikrimi bəzi yerlərdə yazmışam. Burda ssenari necə ola bilər? Ancaq Paşinyanı devirərək, oraya yeni Rusiya yönümlü qüvvəni gətirərək məhz ondan sonra bu addımı ata bilərlər. Yəni Paşinyanın indiki mövcudluğu şəraitində bunu həyata keçirmək çətin görünür. Əgər mümkün olsa, bunu edərlər - Azərbaycana qarşı ermənilərin əli ilə təxribatı və yenidən hansısa bir atəşkəsin pozulmasını həyata keçirirlər. Bunu bu an üçün etmirlərsə, o deməkdir ki, Ermənistan hökuməti bu prosesin qarşısını alır. Çünki Ermənistan hökuməti dəmir yumruğu dadıb, başa düşür ki, bu, Ermənistanın məhvi deməkdir. Artıq Azərbaycana qarşı bir atəş açılarsa, o atəş nöqtəsi Ermənistanın içərisində də olsa, dərinliyində də olsa, bu, legitim hədəf sayılır. Ermənistanın bu gücü yoxdur".
Sözügedən verilişi təqdim edirik:
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ