İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Ərdoğanı Rusiya və Ukraynanı barışdırmağa qoyacaqmı?

Türkiyə martın 10-da Antalyada ilk dəfə olaraq Rusiya-Ukrayna arasında yüksək səviyyəli təmasa nail oldu. Antalyada Türkiyə, Rusiya və Ukraynanın XİN başçıları-Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba arasında üçtərəfli görüş baş tutub.

Nəticəsiz bitən görüşdən sonra nazirlər mediaya açıqlama verib. Ekspertlər isə bildirir ki, görüş nəticəsiz bitsə də müharibə aparan iki ölkə arasında diplomatik təmasların əsası qoyulub.

Bəs Türkiyə iki savaşan qohum xalqın arasında sülh yarada biləcəkmi? Qərb Türkiyə üçün avantaja çevrilən bu prosesi qısqanclıqla qarşılayıb, oyunu pozanlıq edə bilərmi?

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qardaş ölkə prezidentinin Ukrayna ilə bağlı səylərini yüksək dəyərləndirir: “Ukraynada baş verən faciələrin qarşısını almaq üçün yeganə yol məhz bütün prosesləri diplomatik masa arxasında danışıqlarla həll etməkdir. Türkiyənin səyləri çox yüksək qiymətləndirilməlidir. Qardaş ölkə bu istiqamətdə çox ciddi addımlar atır. Bundan sonra da səylərini davam etdirəcək. Azərbaycanın da marağı bundan ibarətdir. Rəsmi Bakı bu proseslərdə vasitəçi rolunu oynayaraq, danışıqlar yolu ilə bütün problemlərin həllinə çalışmalıdır.

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

Asim Mollazadə: “Beynəlxalq təşkilatlar yenə öz acizliklərini nümayiş etdirirlər”

Ümumiyyətlə, bu prosesin həlli beynəlxalq hüquq normaları çərçivəsində tapılmalıdır. Türkiyə prezidentinin bu istiqamətdəki səylərini çox yüksək qiymətləndirirəm. Ümidvaram ki, danışıqlar yeni formatda davam edəcək. Hazırda Ukraynada çox böyük faciə yaşanır. Burada hansısa bir ölkənin, xarici qüvvələrin özü üçün maraq axtarmağını düzgün hesab etmirəm. Hamı səylərini birləşdirməli və prosesi müharibədən məhz diplomatik danışıqlara çevirməyə çalışmalıdır. Bir sözlə, faciəyə qısa müddətdə son qoyulmalıdır. Ukrayna böyük itkilər verir. Beynəlxalq təşkilatlar yenə də öz acizliklərini nümayiş etdirirlər. Çox təəssüf ki, onların hansısa bir ciddi səyləri burada görünmür”.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov: “Türkiyənin tərəfləri bir araya gətirməsinin özü belə diplomatik uğurdur”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov rəsmi Ankaranın ciddi diplomatik uğur əldə etdiyini qeyd etdi: “Türkiyənin Ukrayna və Rusiya arasında yeganə vasitəçi ola biləcəyini öz sosial media hesabımdan münaqişə başlayarkən yazmışdım. İndi də onu qeyd etmək istəyirəm ki, Türkiyənin bu tərəfləri bir araya gətirməsinin özü belə diplomatik uğurdur. Bizim diqqətimizi o çəkməlidir ki, Türkiyə artıq regional deyil, regionlararası aktordur. Növbəti mərhələdə isə qlobal aktor olmaq gəlir. Ukrayna və Rusiya arasındakı münasibətlərin sonuna gəldikdə isə hesab edirəm ki, bu Kiyevin kimə məxsus olacağı aydın olandan sonra dəqiqləşəcək. Yəni, bu ilkin diplomatik təmas müharibə gedişi diplomatik təmasdır. Çünki savaş hələ pik nöqtəsinə çatmayıb. Hesab edirəm ki, Allahın izni ilə pik nöqtəsində də məsələlər Türkiyənin vasitəçiliyi ilə nizamlanacaq və yekunda bir atəşkəs olacaq. Amma Ukrayna-Rusiya siyasi çözümü hələ çox zaman aparacaq”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Hər şey cəbhədə həll olunur”

Siyasi yazar Kənan Rövşənoğlu cəbhədə vəziyyətin dəyişməsindən sonra atəşkəsin əldə oluna biləcəyini ehtimal edir: “Antalya görüşündə atəşkəs olacağı ehtimalı əvvəldən də az idi. Düzdür, indi bir çox media orqanları yazır ki, Antalyada atəşkəs baş tutmadı və sair. Amma fikrimcə, əvvəldən də ordan atəşkəs, yəni müharibənin dayanacağı barədə razılaşma gözlənilmirdi. Ancaq aydın məsələdir ki, hər iki tərəf danışıqlar qapısını açıq qoyduğunu və dialoqdan qaçmadığını göstərmək, eləcə də Türkiyənin dəvətindən imtina etməmək üçün Antalyada masada oturdular. Türkiyə hazırda Rusiya və Ukrayna arasında hər iki tərəfə təsir edəcək yeganə nüfuzlu ölkədir. Qərb Rusiya ilə körpüləri tamamən yandırıb, digər ölkələrin isə ya Rusiya, ya da Ukrayna ilə etimad problemi var. Türkiyə isə həm Qara dəniz regionu ölkəsi, həm də hər iki tərəfin qəbul edib etimad göstərdiyi dövlətdir. Lakin dediyim kimi, atəşkəs, yəni sülh Antalyada mümkün deyil. Müharibənin qaydası var, sülhün zəmini əvvəlcə döyüş cəbhəsində yaranır. Yəni uyğun şərtlər formalaşanda tərəflər sazişə gəlirlər. Bunun üçünsə cəbhədə vəziyyət dəyişməlidir. Ya Ukrayna ordusu Rusiya qüvvələrinə ciddi müqavimət göstərərək onları dayandırıb geri oturtmalıdır, Rusiya irəliləyə bilməyəcəyini anlayanda razılaşmaya gedəcək. Ya da Rusiya işğal hədəflərinə minimum da olsa nail olmalıdır ki, bundan sonra Ukrayna ilə masaya otursun. Hələlik cəbhədə bu vəziyyət mövcud deyil. Hərbi əməliyyatlar davam edir, Ukrayna qüvvələri müqavimət göstərir, ruslar isə hücumu davam etdirir. Cəbhədə şərtlər dəyişmədiyi üçün masada razılaşma çətindir. Beynəlxalq sanksiyalar isə hələlik Rusiyanı dayandıra bilmir. Güman ki, sanksiyaların nəticələri bir neçə aydan sonra daha qabarıq görünsün. Hələlik Rusiya rəhbərliyi sanksiyalara görə geri çəkilmək fikrində deyil. Ona görə də sülh və atəşkəs üçün masaya deyil, cəbhədəki real vəziyyətə baxmaq lazımdır. Hər şey orda həll olunur”.

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR