Onlayn ictimai-siyasi qəzet
MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya Tatarıstanın dövlət təltifi təqdim edilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya Tatarıstanın dövlət təltifi təqdim edilib. Tatarıstanın dövlət təltifi – “Tatarıstan 1920-2020” yubiley medalını Q.Paşayevaya, Bakıda keçirilən Sabantuy – Tatar milli bayramında Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov təqdim edib.
Q.Paşayeva Tatarıstan Respublikasının Rəisinə yüksək təltifə görə minnətdarlıq edib: “Qarşılıqlı əlaqələrimizin gücləndirilməsi istiqamətində Sizin və Prezident İlham Əliyevin yüksək xidmətləri bizlər üçün bir nümunədir. Biz sizin xidmətlərinizdən ilham alırıq. İnanırıq ki, qardaş xalqlarımız arasındakı mədəni əməkdaşlıq, ümumən bütün əməli fəaliyyətlər üzrə əlaqələr getdikcə daha da güclənəcəkdir.
Bir daha minnətdarlığımızı bildirirəm”!
Onu da bildirək ki, Q.Paşayeva Azərbaycanda Tatar ədəbiyyatı, mədəniyyəti ilə bağlı bir sıra uğurlu layihələrin məsləhətçisi və uyğun nəşrlərin ön söz müəllifi olub.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ