İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevanın özbəkcə kitablarının imza mərasimi keçirilib - FOTOLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müəllifi, həmmüəllifi, layihə rəhbəri olduğu və özbək dilinə uyğunlaşdırılmış bir neçə yeni kitabının Buxarada imza mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, imza mərasimi Özbəkistanda keçirilən növbəti Azərbaycan Mədəniyyəti və Ədəbiyyati günləri çərçivəsində təşkil edilib.

Orta Asiya Türk-İslam memarlığının, mədəniyyətinin beşiyi olan qədim Buxarada kitablarının təqdimat və imza mərasiminin keçirilməsindən qürur duyduğunu bildirən Q.Paşayeva təqdim olunan kitablar haqqında ayrı-ayrılıqda məlumat verib, onların səciyyəvi özəlliklərindən bəhs edib.

“Əziz özbək bacı-qardaşlarım, dəyərli kitab dostları, qiymətli oxucular, Sizlərə təqdim olunan kitablar Sizin qardaş ölkəniz Azərbaycanın zəngin mədəniyyəti, Azərbaycan klassikləri, onların yaradıcılığı, qardaş ölkənizin həqiqətləri, eləcə də, ortaq dəyərlərimiz haqqında bilgilərdən, bizim mülahizələrdən ibarət yaradıcılıq örnəkləridir. Deməyi özümə borc bilirəm ki, imza mərasiminin “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Azərbaycanın və Özbəkistanın dəyərli aydınları, yaradıcı insanlar və tələbə-gənclərin iştirakı ilə keçirilməsi bir müəllif olaraq, mənim üçün çox xoşdur. Çox inanıram ki, bu təqdimat və imza mərasimi yeni əlaqələrin qurulmasına təkan vermiş olacaq”.

Sonra Qənirə Paşayeva həmmüəllifi, müəllifi, layihə rəhbəri olduğu kitablarını buxaralı oxucular üçün imzalayıb, öz ürək sözlərini yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR