İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevadan Hava limanı ilə bağlı mühüm TƏKLİFLƏR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Hava Yolları” QSC-də (AZAL-da) Milli Məclis üzvlərinin iştirakı ilə keçirilən geniştərkibli tədbirdə bir sıra təkliflərlə çıxış edib, həllivacib məsələlərə toxunub.

Bu barədə Musavat.com-a Mədəniyyət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planını, ümumən bu hava şirkətində planlaşdırılan müsbət dəyişiklikləri təqdirlə vurğulayan Komitə sədri, AZAL donanmasının genişləndirilməsi ilə yeni marşrutların inkişaf etdiriləcəyinə inandığını bildirib. O, ilk növbədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və digər qardaş, dost ölkələrlə uçuşların intensivləşdirilməsi, yeni marşurutların açılması, bilet qiymətlərinin mümkün olduğunca endirilməsinin, ümumən xidmətdə keyfiyyətinin yüksəldilməsinin vacib olduğunu deyib.

Komitə sədri TDT-yə üzv ölkələrin vətəndaşları üçün hava limanında xüsusi keçidin açılmasınının, qardaş ölkələrlə gediş-gəlişlərin artmasının məqsədəuyğunluğunu şərh edib, ümumən TDT ilə xüsusi işbirliyinin önəmindən danışıb.

Q.Paşayeva AZAL-ın beynəlxalq uçuşlar bazarında mövqeyini möhkəmləndirmək, sərnişinlərin tələbatını ödəmək məqsədi ilə təxirəsalınmaz tədbirlər görməli olduğunu deyib. Marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının çağdaşlaşdırılması və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələlərin həllini daha çox sərnişin cəlb etməyin əsas şərti kimi xarakterizə edib. Komitə sədri, respublikamızın iqtisadiyyatının ən əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafının vacibliyini vurğulayaraq, bu planda AZAL-ın özünəxas rolunu qeyd edib.

Q.Paşayeva Milli Məclis üzvləri ilə AZAL rəhbərliyinin belə bir müzakirəsinin ilk olduğunu ancaq son olmayacağına da inandığını deyib.

Q.Paşayeva AZAL-ın uğur qazanması üçün, yeni çağırışlara cavab verən strategiyanın tətbiqini, Milli Məclis üzvləri ilə aparılan müzakirələrdə qaldırılan məsələləri, ümumən cəmiyyətdən gələn təklifləri nəzərə almağı vacib hesab edib. – Komitə sədri bunun turizmin, nəticə etibarı ilə iqtisadiyyatın inkişafına töhfə verəcəyinə inandığını deyib.

Q.Paşayeva AZAL-ı şəhid ailələri üzvlərinə, tələbələrə biletlərin güzəştli qiymətlərlə satılması məsələsinə baxmağa çağırıb. O, həmçinin “VİP xidmətlər” şamil edilən sərnişinlərin əhatə dairəsinin genişləndirilməsini, elm, ədəbiyyat, mədəniyyət-sənət qarşısında uzunmüddətli səmərəli xidmətləri olan ziyalıların da həmin xidmətlərdən yararlana bilməsini təklif edib. O, həmçinin “AZAL Miles”in təkmilləşdirilməsini təklif edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR