İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Vətən Müharibəsi şəhidlərinin xanımları ilə görüşüb - FOTO

Qənirə Paşayeva Novruz Bayramı ərəfəsində Vətən Müharibəsinin bir qrup şəhidinin xanımları ilə görüşüb.

Komitə sədri şəhidlərimizin xanımlarının ürək sözlərini, qayğılarını dinləyib, qədirbilən xalqımızın, dövlətimizin şəhid ailələrinin yanında olduğunu, həmişə də belə olacağını söyləyib.

Q.Paşayeva Azərbaycan Respubhlikasının ali dövlət rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini söyləyib.

O, əziz şəhid xanımları ilə əziz milli bayramımız Novruz ərəfəsində görüşün, ümumiyyətlə şəhid ailələri ilə hər görüşün onunçün çox əziz görüş olduğunu bildirib, şəhidlərimizin əziz ruhuna ehtiramını bildirib.
“Dəyərli bacılarım,

hər bayramda ilk anılacaq insanlar sırasında ən öndə şəhid ailələrinin üzvləri gəlir. Sizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Tanrımıza şükür olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Sizlərin ömür-gün yoldaşlarınızın şəhadət şərbəti içdiyi torpaqlarda müqəddəs bayrağımız dalğalanır.

Vətən uğrunda canını qurban vermiş qəhrəmanlarımızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik!

Ruhları şad olsun"!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR