İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Vətən müharibəsi şəhidi Elməddin Hüseynzadənin anası ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Elməddin Hüseynzadənin anası Arzu xanım Hüseynova ilə görüşüb.

Musavat.com xəbər verir ki, Milli Məclisdə vətəndaş qəbulu günündə baş tutan görüşdə, şəhid ailəsinin qayğıları, ananın ürək sözləri dinlənilib.

Q.Paşayeva müstəqil Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, o cümlədən Millət vəkilləri üçün örnək olduğunu vurğulayaraq, şəhid anaları ilə hər görüşün onunçün əziz görüş olduğunu deyib, şəhidin əziz ruhuna dərin ehtiramını bildirib.

Görüşdə “Etikxeber.az” xəbər saytının baş redaktoru Kamil Həmidov iştirak edib.

Qeyd edək ki, Elməddin Arzu xanımın yeganə övladı olub və ana öz övladını təkbaşına böyüdüb, boya-başa çatdırıb. Elməddin Fərman oğlu Hüseynzadə (24.03.1998, Bərdə – 29.09.2020) 2016-2018-ci illərdə hərbi xidmətdə olub. Əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışıb, daha sonra yenidən həyatını Ordu ilə bağlayıb.

Müharibənin ilk anlarından fədakarcasına döyüşən Elməddin Hüseynzadə Ağdərə-Suqovuşan istiqamətindəki döyüşlərdən birində şəhid olub. O, Bərdənin Şəhidlər Xiyabanında torpağa tapışırılıb.

MAHHXHQ əsgər Elməddin Hüseynzadə şəhid olduqdan sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR