İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Termiz Universitetində çıxış edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Termiz Universitetində geniş məruzə ilə çıxış edib və müəllifi olduğu kitabların bu ali təhsil ocağında keçirilən təqdimatında iştirak edib.

Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinin böyük tarixi, bu istiqamətdə önəmli xidmətlər göstərmiş böyük ziyalılar barədə danışıb. Türk dövlətləri birliyinin önəmi varədə geniş fikirlərini bölüşən Q.Paşayeva türk dövlətlərinin daha da güclənməsinin yolunun birliyimizi möhkəmləndirməkdən keçdiyini deyən Q.Paşayeva gəncləri bu birlik üçün çalışmış böyük şəxsiyyətlərin həyat yolundan örnək götürməyə çağırıb.

Qənirə Paşayeva xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb.

Komitə sədri vurğulayıb ki, Özbəkistan 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. Komitə sədri deyib ki, işğaldan azad olunan Şuşa şəhəri bu il Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, gələn il isə Türk dünyasının mədəniyyət paytaxtı olacaq.

Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva və "Nəfəs" İB-nin sədri Firəngiz Balakişiyeva universitetə Qarabağ motivli əsərlər, xatirə hədiyyələri, tanınmı. rəssamımız Sakit Məmmədovun "Azərbaycan qızı və Özbəkistan qızı" əsərlərini, Azərbaycan mədəniyyətinə, tarixinə aid kitablar hədiyyə ediblər. Ziyarətdə bir qrup azərbaycanlı ziyalılar, fəal qadınlarımızı, QHT təmsilçiləri də iştirak ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR