İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva "Qarabağ" ordenli şəhidimiz Mehman Musa oğlu Yusifovun anası ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz, "Qarabağ" ordeni ilə təltif edilmiş baş gizir Mehman Musa oğlu Yusifovun anası Gülsüm xanım və şəhidin bacısı Zəkiyyə xanımla görüşüb.

Musavat.com xəbər verir ki, Tovuz şəhərində baş tutan görüşdə, şəhid ailəsinin qayğıları, onların ürək sözləri dinlənilib.

Q.Paşayeva şəhid anası və bacısı ilə 26 iyun - Silahlı Qüvvələr Günü ərəfəsində görüşdüyünü xatırladaraq,
şəhid ailələrinin hər bir əlamətdar gündə, bayramlarda xatırlanan ilk insanlar olduğunu söyləyib, şəhidin əziz ruhuna ehtiramını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR