Onlayn ictimai-siyasi qəzet
"Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet olub. Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq. Bu anlayış dövlət üçün, xalq üçün, onun mədəniyyəti üçün fərqli imkanlar açır".
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı qeyd edib.
Millət vəkili adı çəkilən beynəlxalq tədbirin Şuşada keçirilməsinin əhəmiyyətindən də söz açıb:
"Bu tədbirin Şuşada, daha sonra Bakıda keçirilməsinin rəmzi mənası var. İştirakçıların Şuşada düşmən barbarlığını görmələri vacib idi. Bununla onlar bizim qələbəmizin qurucu mədəniyyətin dağıdıcı mədəniyyət üzərində qələbəsi olduğunu anlayırlar".
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ