İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yüksəliş" müsabiqəsinin qalibinə İqtisadiyyat Nazirliyində vəzifə verildi

İkinci "Yüksəliş" müsabiqəsinin qalibi Arzu Tairquliyeva-Nağıyeva İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Musavat.com xəbər verir ki, o, Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində "Regionşünaslıq" ixtisası üzrə bakalavr və magistr təhsili alıb, Dövlət Proqramı çərçivəsində təhsilini Böyük Britaniyanın Qlazqo Universitetində (The University of Glasgow) turizm, mədəni irs və davamlı inkişaf ixtisasının magistratura pilləsi üzrə davam etdirib, eyni zamanda ADA Universitetində təhsilin idarə olunması üzrə növbəti magistratura təhsilini bitirib.

Qalib Azərbaycan Turizm və Menecment Universitetində müəllim kimi də fəaliyyət göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR