İnsanlara hürriyət, millətlərə istiqlal!

Antiterror şəhidinin döyüş yoldaşına sonuncu vəsiyyəti: “Onu möhkəm qucaqlayarsan”

Babayev Sahil Sarıbala oğlu 1992-ci ilin martın 21-də Masallı rayonunun Ərəb kəndində anadan olub.

O, orta təhsilini Masallı rayonu, Hacıtǝpǝ kənd tam orta məktəbində alıb. 2010-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. 2014-cü ildə Daxili Qoşunlarda MAXE kimi hərbi xidmətini davam etdirib. Sahil Babayev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı - sentyabrın 19-dan 20-nə keçən gecə Ağdərə-Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub və Ərəb kənd qəbiristanlığında dəfn edilib.

SAHİL.jpeg (148 KB)

Ailənin ilk oğul övladı idi. Özündən başqa iki bacısı var. Vətənə yadigar Samir, Elçin və Milay adlı 3 övladı qalıb. Samirin hazırda 9, Elçinin 7, Milayın isə 5 yaşı var.

MİLAY.jpeg (154 KB)

Nərmin Babayeva deyir ki, həyat yoldaşı ailəsi ilə sonuncu dəfə sentyabrın 19-da danışıb:

“Gecə saat 2-yə qədər əlaqəmiz oldu. Ondan sonra isə heç cür əlaqə yarada bilmədik. Antiterrordan öncə demişdi ki, gedəcəklər və bu dəfə başqa cür olacaq. Mənə vəsiyyət etdi ki, uşaqlardan muğayət olum. Əgər şəhid olarsa, başım aşağı olmasın, özümü əzdirməyim. Mən onun şəhid olacağını ağlıma da gətirməzdim. Biz bir-birimizə çox bağlı idik, sevib evlənmişdik.

Övladları ilə bağlı böyük arzuları var idi. Samiri Polis Akademiyasında oxutdurmaq istəyirdi. Elçini həkim, Milayı isə riyaziyyat müəllimi kimi görmək istəyirdi.

OVLA.jpeg (80 KB)

İlk övladımız idi deyə Samirə çox bağlı idi. Şəhid olmamışdan da əvvəl iş yoldaşları ilə söhbət edəndə deyirdi ki, iki davamçısı var. Oğullarımızı nəzərdə tuturdu. Qızımız haqda isə döyüş yoldaşına: “Mən şəhid olsam, sən sağ qalsan, qızımı gedib əvəzimdən qucaqlayarsan, mənim üçün darıxmağa qoymarsan. Ondan çox nigaranam” deyirmiş.

Övladlarına çox bağlı ata idi. Bütün imkanlarını uşaqlarına uyğunlaşdırırdı.

SEHİD EN SON.jpeg (156 KB)

Qızım Milay deyir ki, “Ata uzağa getməyib, Şuşadadır, gələcək. Niyə ağlayırsınız?” Atasının ölümünü dərk etmir.

Şəhid olmaq Sahilin arzusu idi. Yaralı döyüşçü dostuna kömək etmək üçün gedəndə vurulmuşdu. İşinə qarşı çox məsuliyyətli idi. 10 il xidməti ərzində töhmət almadı. Neçə dəfə təltifnamə alıb”.

DEFNİ.jpeg (204 KB)

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR