İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da İlon Maska qarşı istintaq araşdırmalarına başladıldı  

 ABŞ-da dünya milyarderi İlon Maska qarşı istintaq araşdırmalarına başladılıb.

Musavat.com xəbər verir ki, bu barədə rus mediasında xəbər verilib. Donald Trampa qarşı yeni sui-qəsd cəhdindən sonra "X" istifadəçisinin, “Niyə Trampı öldürməyə çalışırlar?” sualına İlon Mask bir cümlə ilə belə cavab verib: "Heç kim Baydeni və ya Kamalanı öldürməyə belə cəhd etmir".  

 ABŞ hakimiyyəti Donald Trampın sponsoru, milyarder İlon Maska təzyiq göstərir. Ona qarşı iddialar Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə qarşı iddia edilən təhdidlərlə bağlıdır. Bu, Co Bayden administrasiyasının Ağ Evin kursuna açıq şəkildə qarşı çıxan bir iş adamına qarşı ilk şikayəti deyil.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR