İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva bir qrup qazi və şəhid ailələrinin üzvləri ilə görüşüb

Qənirə Paşayeva Novruz Bayramı ərəfəsində I və II Qarabağ müharibəsinin bir qrup qazisi və şəhid ailələrinin üzvləri ilə görüşüb.

Musavat.com xəbər verir ki, komitə sədri onların ürək sözünü, qayğılarını dinləyib, qədirbilən xalqımızın, Zəfər çalmış dövlətimizin şəhid ailələrinin, qazilərimizin yanında olduğunu, həmişə də belə olacağını deyib.

Q.Paşayeva Azərbaycanın ali dövlət rəhbərliyinin şəhid ailələrinə, qazilərə yüksək diqqət-qayğısından, həssasiyyətindən danışıb, həmin diqqət-qayğının, həssasiyyətin hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini bildirib.

O, əziz şəhidlərimizin ailə üzvləri ilə, qazilərimizlə milli bayramımız Novruz ərəfəsində görüşün, ümumiyyətlə hər belə görüşün onunçün çox əziz görüş olduğunu bildirib, şəhidlərimizin əziz ruhuna dərin sayğılarını bildirib:

“Tanrımıza şükür olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Qəhrəman oğullarımızın qanı axmış torpaqlarda üçrəngli müqəddəs bayrağımız dalğalanır.

Vətən uğrunda canını qurban vermiş oğullarımızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, yaralı qazilərimizə şəfa diləyir, haqq müharibəsinin bütün iştirakçılarına möhkəm cansağlığı, iş avandlığı diləyirik"!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR