İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazinin pul kisəsini oğurlayan şəxs belə kameraya düşdü

 

İkinci Qarabağ qazisi Sirus Müsüzadənin pul kisəsi oğurlanıb.

Musavat.com xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Sirus Müsüzadə avtoyuma məntəqəsində olan zaman pul kisəsini orada olan masanın üzərinə qoyur.

Avtoyuma məntəqəsində çalışan Yengivar adlı şəxs nəzarətsiz qalan pul kisəsini görür və ətrafa diqqətlə baxdıqdan sonra götürərək sürətlə oradan uzaqlaşır.

Oğurluq anı və hadisədən sonra Yengivarın hadisə yerindən qaçması kameralara düşüb.

S.Müsüzadə bununla bağlı polisə müraciət edib. Araşdırma aparıldığı bildirilir.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR