İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanlı sənətkar "Ay Laçın" oxudu - Video, FOTOLAR

Heydər Əliyev Mərkəzində Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində sərgi və qala konsert keçirilib.

Musavat.com xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədri Sahibə Qafarova, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel qazax mədəniyyətini əks etdirən sərgi ilə tanış olub.

Milli Məclisin sədri Sahibə Qafarovaya Xurşidbanu Natəvanın rəsmi olan xalça hədiyyə edilib.

Qala konsertdə qazax xalq çalğı alətləri ansamblı, klassik musiqi ifaçıları, instrumental ifaçılar, rəqs ansamblı çıxış edib. Konsertin repertuarında xalq musiqisinin müasir ritmlərlə sintezi üstünlük təşkil edib. Qazaxlı sənətkarlarla yanaşı, proqramda Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı da çıxış edib. Qazaxıstanın və Azərbaycanın rəqs kollektivləri "Dostluq" kompozisiyasını təqdim ediblər.

Gecənin yaddaqalan anlarından biri qazaxıstanlı ifaçının "Laçın" xalq mahnısını ifa etməsi oldu. Qala konsertdə Müslüm Maqomayevin mahnıları da səslənib.

Yekunda Qazaxıstan xalq artisti Roza Rımbayeva çıxış edib.

Bununla da 3 gün davam edən Qazaxıstan Mədəniyyət günləri başa çatıb.


Nigar HƏSƏNLİ,
Fotolar və videolar müəllifə məxsusdur
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR