İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın XİN müavini Azərbaycanın səfiri ilə görüşüb

Qazaxıstanın xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov ilə görüşüb.

Bu barədə informasiya Qazaxıstan Hökumətinin saytında yerləşdirilib.

Bildirilib ki, tərəflər iki ölkə arasında siyasi dialoqun əhəmiyyətli inkişafı, habelə, istər hökumət strukturları, istərsə də qanunverici orqnalar və iş dünyası arasındakı münasibətlərdə və humanitar əlaqələrin səviyyəsində irəliləyiş olduğunu bəyan ediblər.

Söhbət əsnasında yüksək səviyyədə imzalanan razılaşmaların icrası və qarşıdan gələn rəsmi tədbirlərin keçirilməsinə hazırlığın səviyyəsi də diqqət mərkəzində olub.

Tərəflər eyni zamanda iki ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında gerçəkləşməsi nəzərdə tutulan təşəbbüslərin uğurla icrası məqsədilə koordinativ fəaliyyətin və strateji tərəfdaşlığın önəmi vurğulanıb.\\apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR