İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda saxlanılan jurnalisti nədə ittiham edirlər?

Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay tanınmış jurnalist Mixail Kozaçkovun saxlanması ilə bağlı yaranmış qalmaqalı şərh edib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, Jeldibai araşdırma ilə bağlı dövlət başçısına bir sıra KİV nümayəndələri müraciət etdiyini bildirib.

“Bu səs-küylü işə sırf hüquqi sahədə Qazaxıstan Respublikasının qanunvericiliyinə ciddi uyğun olaraq baxılmalıdır. Baş Prokurorluq istintaqın qanuniliyinə nəzarəti təmin etməyə və qanunla müəyyən edilmiş qaydada lazımi izahatları verməyə borcludur”, - prezidentin mətbuat katibi yazıb.

O əlavə edib ki, həbsdə olan jurnalistin Qazaxıstan vətəndaşı kimi bütün qanuni hüquqları tam şəkildə qorunmalıdır.

Bundan əvvəl tanınmış qazaxıstanlı jurnalist Mixail Kozaçkovun maliyyə monitorinqi agentliyi tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı. Agentliyin məlumatına görə, reyder basqınıyla məşğul olan Kospayev və onun əlaltıları “mülk ələ keçirmə qurbanlarına informasiya hücumları etmək üçün Kozaçkovun xidmətlərindən” istifadə ediblər.

Daha sonra “Adil söz” Beynəlxalq Söz Azadlığını Müdafiə Fondu jurnalistin evində axtarışın vəkilin iştirakı olmadan aparılması barədə məlumatlardan narahat olduğunu bildirib.

Xüsusi müxbir Mixail Kozaçkovun saxlanılmasından sonra “Vremya” qəzetinin redaktorları da açıqlama verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR