İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda neftçilər tətil edir: Yenə Janaozen...

Qazaxıstanın Janaozen vilayətində yenidən neft sənayesi işçiləri tətilə başlayıblar.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ərazidə neft-qaz hasilatı ilə məşğul olan "KazMunayQaz" ASC-dən verilən məlumatda tətil edın qazma idarəsinin işçiləri ilə danışıqlar aparılır.

Danışıqları "KazMunayQaz" ASC-nin törəməsi olan "Özenmunayqaz" ASC-nin rəhbərliyi aparır: “İşçilərin tələblərinin hər bir bəndi diqqətlə nəzərdən keçirilir, hər şey hüquqi müstəvidə və qanunvericilik səviyyəsində, o cümlədən Qazaxıstanın Əmək Məcəlləsi çərçivəsində həll edilməlidir”.
Qazaxıstan KİV-in məlumatına görə, noyabrın 12-də qazma idarəsinin işçiləri Janaozendə hasilatı dayandıraraq mitinq keçirib. Onlar işsizliyin aradan qaldırılmasını, 2013-cü ilə qədər qüvvədə olan müstəqil əməkhaqqı sisteminə qayıtmağı, həmçinin “Özənmunayqaz”ın pensiyaçılarının və iş yerində sağlamlığını itirmiş işçilərin övladlarının işçi qüvvəsinə qəbul edilməsini tələb ediblər.

“Özenmunayqaz” Qazaxıstanın qərbindəki Uzen və Karamandıbas yataqlarında neft, qaz və qaz kondensatı hasil edir. Neft və qaz hasilatı şirkətinin səhmlərinin 100 faizinin sahibi "KazMunayQaz”-dır.

Qeyd edək ki, Janaozen Qazaxıstanın qurudakı ən böyük hasilat mərkəzidir. Orada tez-tez neft-qaz sənayesi işçilərinin kütləvi etirazları qeydə alınır. 2022-ci ildə başlayan belə etirazlardan biri bütün ölkəyə yayılmış, böyük iğtişaşlarla nəticələnmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR