İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda hər il ən azı 30 qadın ailədaxili zorakılığın qurbanı olur

 

Qazaxıstanın paytaxtı Astanada keçirilən “Cəmiyyətlə tərəfdaşlıq şəraitində ictimai təhlükəsizliyin təmin edilməsi: problemlər və həlli yolları” adlı forumun iştirakçıları ailədaxili zorakılıq problemlərindən danışıblar.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, tədbir iştirakçıları arasında Prezident Administrasiyasının, Daxili İşlər Nazirliyinin rəhbərliyi, hökumətin üzvləri, parlamentin deputatları, dövlət qurumları, beynəlxalq və QHT-lərin ekspertləri  də olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının qeyd ediblər ki, ölkədə belə bir problem var və həllini gözləyir.

“Qadınlara qarşı zorakılıq səviyyəsinin 2018-ci ildən bəri hər il azalma tendensiyası müşahidə edilsə də, ümumilikdə 40%-ə çatır (2176-ya qarşı 3655), uşaqlara qarşı zorakılıq aktları 2018-ci ilin ilkin göstəricisi ilə müqayisədə artıb, zorakılıq xarakterli cinayətlərin sayında 2021-ci ildə 18%, 2022-ci ildə isə 6% azalma müşahidə olunub”, - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Tədbirdə bildirilib ki, hər il ölkədə uşaqlara qarşı 900-ə yaxın qəsdən cinayət törədilir. Uşaqlara qarşı zorakılıq xarakterli cinsi cinayətlərin 40% artması xüsusi narahatlıq doğurur.

Belə cinayətlərin 80%-i yetkinlik yaşına çatmayanların yaxın çevrəsindən olan və əvvəllər polisin diqqətinə dü.məyən şəxslər tərəfindən törədilir.

“Bu cür cinayətlərin gizli xarakterini nəzərə alaraq, bu məlumat problemin real miqyasını əks etdirmir. Müstəqil ekspertlərin hesablamalarına görə, hər il 18 və yuxarı yaşda olan təxminən 40-80 min qadın (0,7-1,4%) cinsi zorakılığın, 200-300 min qadın isə müxtəlif zorakılıq və təhdidlərin qurbanına çevrilir.

Cinsi cinayət və zorakılıq təhlükəsi qurbanları arasında hesabat vermə nisbətləri müvafiq olaraq 12% və 20% təşkil edir. Tanımadığı şəxslər tərəfindən zorakılığa məruz qalan qadınların polisə müraciət səviyyəsi də aşağıdır - müvafiq olaraq 23 və 26%.

Daxili İşlər Nazirliyi etiraf edir ki, cinsi cinayətlərə və ya məişət zorakılığına məruz qalan və polisə müraciət edən qadınların əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətlərindən narazıdırlar.

“60% hallarda, polisin gəlişi ilə zərərçəkmişlər ərizə verməkdən imtina edirlər ki, bu da təcavüzkardan maddi və mənəvi asılılıq ilə izah olunur. Buna görə də polisin məişət tiranlarını məsuliyyətə cəlb etmək üçün heç bir əsası olmur.

Bundan əlavə, qadınları kənardan kömək istəmədən zorakılıq edən şəxslə (ər, tərəfdaş, qohum) birlikdə yaşamağa məcbur edən stereotiplər böyük rol oynayır”, - deyə hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edirlər.

Həmçinin, zorakılıq qurbanları maddi dəstəksiz, tək qalmaq, uşaqları atasız qoymaq kimi amillərə görə şikayətçi olmurlar. 

“Cəzasızlıq nəticəsində adi zorakılıqlar sonra daha ağır cinayətlərə çevrilir. Ailə-məişət münasibətləri sahəsində 5 il ərzində qadınların sağlamlığına qəsdən ağır zərər vurma hallarının sayı 2 dəfə - 38-dən 71-ə yüksəlib! Hər il məişət zorakılığı nəticəsində 30-a qədər qadın qətli törədilir”, - polis məmurları parlaq statistikaya istinad edirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR