Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın Mangistau vilayətində 38 yaşlı kişi üç uşağını öldürəndən sonra öz həyatına da son qoyub.
Hadisənin baş verdiyini təsdiq edən vilayətin hüquq-mühafizə orqanları öldürülən uşaqlardan ikisinin azyaşlı (8 və 4 yaş), birinin isə 10 aylıq körpə olduğunu bildiriblər.
Polis müəyyən edib ki, kişi uşaqları və özünə qəsd etməzdən əvvəl arvadına səs yazısı göndərib, orada öləcəyini və “uşaqlarını da özü ilə aparacağını” bildirib.
“Məlum oldu ki, bu hadisə ailə münaqişəsi zəminində baş verib, cütlük boşanmağa hazırlaşırmış. Hər ikisinin daimi işi olub”, - polisdən bildirilib.
Olayın digər təfərrüatı istintaqın maraqları baxımından açıqlanmır.
Mənbə: Polisia.kz
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ