İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış hakim təqaüdə göndərildi - FOTO

Sentyabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Tahir Kazımovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki. tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb. Onun peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyi vurğulanıb.

Hakimin bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə əminlik ifadə olunub.

Tahir Kazımov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Sonda Tahir Kazımov "Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı" ilə təltif olunub. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR