Onlayn ictimai-siyasi qəzet
Cəlilabad rayonunun Xəlilabad kəndində yeniyetmələr arasında baş vermiş münaqişə nəticəsində 17 yaşlı NM-nin (şərti) ölümü ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xatırladaq ki, bu gün Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Xəsarət almış məktəbli dünyasını dəyişib.
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ