İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xersonu Belarusa vermək istəyir?

Ukraynanın işğal altındakı ərazilərində Rusiya tərəfindən təyin olunmuş “Xerson vilayətinin rəhbəri” Vladimir Saldo Belarus səfərində Aleksandr Lukaşenko ilə görüşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, görüş zamanı tərəflər “bir xalq” olduqlarını vurğulayıb, sovet dövrünə nostalji ilə yanaşıblar.

Saldo hətta jurnalistlərə açıqlamasında bildirib ki, Xerson vilayətinin Azov və Qara dəniz sahillərinin bir hissəsi Belarusun istifadəsinə verilə bilər. Onun sözlərinə görə, Belarus burada sanatoriyalar və uşaq düşərgələri inşa edə bilər.

Vladimir Saldo xatırladıb ki, Xerson sahilləri bir vaxtlar Belarus turistlərinin sevimli istirahət məkanlarından olub və indi bu ənənəni bərpa etmək üçün Minskə torpaq ayırmağa hazırdır.

Məsələ ondadır ki, Belarusun özü rəsmi olaraq Ukraynanın ərazi bütövlüyünü tanıyır və beynəlxalq səviyyədə də bu öhdəliyi daşıyır. Lakin Lukaşenko, görünür, faktiki olaraq Moskvanın “yaratdığı reallıqları” qəbul edir. Xersonun bir hissəsinin “Belarusun istifadəsinə verilməsi” ideyası bu ziddiyyətli mövqeyi bir daha ortaya qoyur.

Belarus lideri uzun müddət “biz müharibədə tərəf deyilik, sadəcə müttəfiqik” mesajı versə də, Xerson sahilləri barədə açıqlamalar artıq onun Moskvanın təsirindən çıxmadığını göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR