İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan miqrasiya qaydalarını sərtləşdirir

Qazaxıstan bundan sonra Rusiya vətəndaşlarının ölkədə qeyri-müəyyən müddətə qalmasına icazə verməyəcək. Əvvəllər bu dövlətin ərazisində qanuni qalma müddətini yeniləmək üçün ruslar “visaran” deyilən sistemdən istifadə edirdilər. Yəni Rusiya vətəndaşları sadəcə 3 ayda bir dəfə Qazaxıstan sərhədini keçib dərhal geriyə qayıda bilərdilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hökumətin qərarına əsasən, bundan sonra Rusiya və Avrasiya İqtisadi İttifaqının digər ölkələrinin vətəndaşları 3 ay qaldıqdan sonra ən azı 90 gün müddətinə ölkəni tərk etməlidirlər. Qazaxıstan Daxili İşlər Nazirliyi həmin tədbirin dövlətə immiqrasiyaya nəzarəti gücləndirməyə imkan verəcəyini bildirib.

Qazaxıstan hökumətindən verilən məlumata görə, ötən il ölkəyə hədsiz dərəcədə insan axını inflyasiyaya təkan verib və inflyasiya 1990-cı illərdən bəri ən yüksək göstərici sayılan 20%-i keçib. Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri Aslan Atalıkovun sözlərinə görə, ötən ilin sentyabrın 21-dən 30-a kimi 400 min rus Qazaxıstana daxil olub. Müharibə başlayandan bu yana Qazaxıstan sərhədini əsasən gənclər olmaqla 3 milyon rus keçib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR