İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan daha bir Avropa ölkəsinə “Drujba” ilə neft göndərəcək

Macarıstan və Qazaxıstan neft tədarükü və birgə enerji layihələri ilə bağlı razılığa gəlib.

Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti yayıb.

Mətbuat xidmətinin məlumatına görə, bu gün Astanada Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev ilə Macarıstanın xarici iqtisadi əlaqələr və xarici işlər naziri Peter Siyarto arasında görüş keçirilib:

"Görüşdə Qazaxıstan neftinin "Drujba" kəməri ilə Macarıstana çatdırılması məsələləri müzakirə edilib, 2025-ci il ərzində sınaq tədarükü ilə bağlı razılıq əldə olunub".

Bundan əlavə, görüş zamanı nazirlər KazMunayQaz və MOL Group arasında neft-qaz sektorunda əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetiriblər. Xüsusilə, tərəflər hər iki şirkətin iştirak etdiyi Rojkovskoye qaz-kondensat yatağının səmərəli işlənməsinin vacibliyini qeyd ediblər.

Qazaxıstan tərəfi macar həmkarlarının atom elektrik stansiyaları üçün quru soyuducu qüllələrin, xüsusilə də MVM Group şirkətinin istehsalı sahəsində təcrübəsinə maraq göstərib:

"Qazaxıstan Macarıstan ilə strateji tərəfdaşlığını yüksək qiymətləndirir. Biz enerji sektorunda həm neft-qaz sektorunda, həm də nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görürük".

Qeyd edək ki, Qazaxıstan artıq 3-cü ildir "Drujba" kəməri ilə Almaniyaya neft ixrac edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR