İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Baykonur kosmodromuna görə Rusiyadan ildə 115 min dollar alır

Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Malik Oljabekov Qazaxıstanın inflyasiyanı nəzərə alaraq Baykonur kosmodromunun icarə haqqını niyə artırmadığına dair sualı cavablandırıb.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, nazir müavininin sözlərinə görə, iki ölkə arasında kosmodromun icarəyə verilməsi ilə bağlı müqavilə 1999-cu ildə bağlanıb. O vaxtdan bəri müqaviləyə yenidən baxılmayıb.

“Fakt budur ki, bunu nə iləsə müqayisə etmək olduqca çətindir, çünki bu, unikal bir presedentdir. Qiymətin nə qədər ədalətli olduğunu söyləmək üçün müqayisə ediləcək bir şey yoxdur. İkincisi, qiymət müqavilədə dollarla göstərilib. Bu, həm də bir növ indeksasiyadır, çünki 1994-cü ildə saziş imzalanan zaman dolların məzənnəsi bir məbləğə bərabər idisə, indi başqa məbləğdir. Mən hesab edirəm ki, bu, müəyyən dərəcədə indeksasiyanı kompensasiya edir”, - nazir müavini cavab verib.

Müvafiq idarənin müqaviləyə yenidən baxmaq planlarının olub-olmaması ilə bağlı suala nazir müavini cavab verib ki, kosmodromun 50 illik icarəsi üçün 29 il əvvəl bağlanmış müqavilə bu gün də qüvvədədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR