İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazax deputatın oğlu məhkəmə qarşısına çıxarılacaq - vəkili və xanımını döyüb

Almatıda vəkillər ailəsini döyən güləşçi, məşqçi və məclis üzvü Daulet Turlıxanovun oğlu mühakimə olunacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, istintaq və əməliyyat tədbirləri ilə Bolat N.D.-nin təqsiri sübuta yetirilib. "Faktla bağlı Cinayət Məcəlləsinin 107-ci maddəsinin 2-ci hissəsi - sağlamlığa orta ağır zərər vurma ilə başlanılıb. Hazırda iş yekunlaşdırılaraq baxılması üçün proses iştirakçılarına təhvil verilib. Həbs-qətimkan tədbiri seçilib - bölmə komandanlığının nəzarəti altında. Çünki o, çağırışçı hərbçidir”, - deyə Daxili İşlər Nazirliyinin idarə rəisi Muxit Cavqaşev bildirib.

Xatırladaq ki, fevralın 10-dan 11-nə keçən gecə Almatıda tanınmış vəkil döyülüb, onun yaxınlıqda olan həyat yoldaşı da xəsarət alıb. Zərərçəkmişlərin sözlərinə görə, onlar Turlıxanovun oğlu tərəfindən döyülən qızın müdafiəsinə qalxmağa çalışıblar və nəticədə özləri də döyülüblər.

Yunan-Roma güləşi üzrə ikiqat olimpiya mükafatçısı Daulet Turlıxanov Almatıda evli cütlüyün döyülməsindən sonra kiçik oğlunun dediklərindən danışıb.

Turlıxanov bildirib ki, seçki kampaniyası ərəfəsində oğlu ilə qalmaqal yarandığı üçün o, seçkilərdən namizədliyini geri götürmək barədə düşünüb.

Deputat vədinə əməl etdiyini, istintaqın gedişinə qarışmadığını bildirib. Onun sözlərinə görə, vəziyyət yaxın iki həftə ərzində həll edilməli idi.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR