İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qayınana" filmində Cənnət xalanın evindəki mebel satışa çıxarıldı - FOTO

"Qayınana" filmində Cənnət xalanın evindəki mebel satışa çıxarılıb.

Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, satışla bağlı elan saytlarının biri məlumat yayıb.

Belə ki, filmdə yer alan mebel 2500 manata təklif olunur. Məlumatda mebelin təmirə ehtiyacı olduğu bildirilib.

Qeyd edək ki, "Qayınana" filmi 1978-ci ildə çəkilib. Filmdə Cənnət xalanın yaşadığı ev kinostudiyanın ən böyük pavilyonlarından birində qurulub. Ümumilikdə, ekran əsərinin əksər epizodları kinostudiyanın pavilyonunda çəkilib. Filmin digər epizodları isə Nardaranda, İçərişəhərdə və dəniz sahilində lentə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR