İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarşıdakı aylarda və illərdə..." - Bayden

ABŞ prezidenti Co Bayden Lula da Silvanı bazar günü başa çatan Braziliya prezident seçkilərində qələbəsi münasibətilə təbrik edərək, səsvermənin azad və ədalətli keçdiyini qeyd edib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Ağ Evin mətbuat xidmətindən bildirilib.

"Mən Luiz İnasio Lula da Silvanı azad, ədalətli və etibarlı seçkilərdə Braziliyanın növbəti prezidenti seçilməsi münasibətilə təbrik edirəm. Qarşıdakı aylarda və illərdə ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm", - deyə C.Bayden bildirib.

Xatırladaq ki, ötən gün Braziliyada keçirilən prezident seçkilərində səslərin 99,38 faizinin hesablanmasından sonra Lula da Silvanın qalib gəldiyi məlum olub. Belə ki, Lula da Silva 50,37 faiz səs toplayıb, onun rəqibi hazırkı prezident Jair Bolsonaru isə 49,13 faiz səs toplayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR