Onlayn ictimai-siyasi qəzet
Qarşıdakı aylar Ukrayna üçün həlledici olacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters"in məlumatında qeyd edilib.
Nəşr bildirir ki, Donald Trampın seçkilərdə qələbə qazanması Kiyevi müharibəni Rusiya ilə danışıqlar yoluyla bitirmək üçün hazırlıqları sürətləndirməyə vadar edir. Yüksək vəzifəli bir ukraynalı məmur qeyd edib ki, növbəti 4-5 ay həlledici olacaq, çünki qışda tərəflərin danışıqlar üçün ilkin mövqeləri müəyyən ediləcək.
"Bu qış kritik olacaq. Müharibə sona yaxınlaşır, buna ümid edirəm. İndi biz hər iki tərəfin danışıqlardakı mövqelərini müəyyən edəcəyik", - deyə məmur bildirib.
Afaq,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ