İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaribaşvilidən Zelenskiyə sərt sözlər: Vaxt tapıb aksiyaya reaksiya verirsə...

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Vladimir Zelenskini və digər ukraynalı siyasətçiləri Tbilisidə keçirilən etiraz aksiyalarını dəstəklədiklərinə görə qınayıb.

APA xəbər verir ki, bu barədə Baş nazir IMEDI telekanalının efirində bildirib.

“Siz Zelenskinin müraciətini qeyd etdiniz. Müharibə vəziyyətində olan ölkənin başçısı bir neçə min nəfərin keçirdiyi destruktiv aksiyaya vaxt tapıb reaksiya verirsə, bu, onu göstərir ki, həmin şəxs burada da nələrinsə dəyişəcəyində maraqlıdır”, - deyə Qaribaşvili bildirib.

Qaribaşvili həmçinin Ukrayna hakimiyyətinə əvvəlcə özlərinin və ölkələrinin qayğısına qalmağı tövsiyə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR