İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaribaşvilidən Zelenski ilə bağlı SENSASİON açıqlama

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Moldovada keçirilən Avropa Siyasi Birliyi sammitində Ukrayna prezidenti Vladimir Zelenskinin əlini sıxmaması ilə bağlı təpkilərə reaksiya verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hökumət rəhbəri burada qəribə bir şey görmədiyini dilə gətirib.

“Hər şey çox sadədir. Sizə, jurnalistlərə, mediada, aşağılanmış müxalifətdə baş verənlərə baxanda mənə gülməli gəlir. Xüsusi bir şey yox idi. Orada 45 ölkənin lideri olub, 5-6, bəlkə də maksimum 10-u Zelenski ilə görüşdü. Onunla əl sıxmaq üçün növbəyə durmamalıydım ki”, - deyə Qaribaşvili bildirib.

Jurnalistlər baş nazirə onların görüşməsi halında şəxsən Zelenskiyə nə deyəcəyi ilə bağlı sual ünvanlayıblar.

Qaribaşvili “Ukraynaya müharibənin bitməsini, ərazi bütövlüyünün bərpasını və sülhün olmasını arzulayacaqdım”, - deyə cavab verib.

Xatırladaq ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Ukrayna prezidenti Vladimir Zelenski Moldovada Avropa Siyasi Birliyinin sammitində bir-birini salamlamayıb. Siyasətçilərin münasibətləri Gürcüstan mediasının gündəminə çevrilib.

Bundan əvvəl İrakli Qaribaşvilinin “Ukraynanın NATO-ya üzv olmaq istəyinin Rusiyanın hücumunun səbəblərindən biri olaraq adlandırması” Ukrayna mediasında qəzəblə qarşılanmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR