İnsanlara hürriyət, millətlərə istiqlal!

Qardaşı tərəfindən boğazı kəsildiyi iddia olunan 38 yaşlı qadın hamilə imiş

Goranboyda qardaşı tərəfindən boğazı kəsildiyi deyilən 1987-ci il təvəllüdlü Gülnarə Nəcəfova ilə bağlı yeni təfərrüat məlum olub.

Musavat.com "Teleqraf"a istinadən xəbər verir ki, G.Nəcəfova altı aylıq hamilə imiş.

Hadisədən sonra uşaq ana bətnində ölüb. Qadının özü isə ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyun 2025

02 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR