Onlayn ictimai-siyasi qəzet
Türkiyənin ən önəmli qış turizm və xizək mərkəzlərindən biri olan Erciyesdə aprel ayında qar yağıb.
Musavat.com-un Anadolu Agentliyinə istinadən məlumatına görə, Erciyes A.Ş. rəsmilərinin verdiyi məlumata əsasən, səhər saatlarında müşahidə olunan yağış qısa zaman ərzində qar yağışı ilə əvəz olunub. Sisin də təsirli olduğu Erciyes dağında qar əsasən 2 min 200 metr yüksəklikdən yuxarı ərazilərdə təsirini göstərib.
Bununla yanaşı, bölgədə hava şəraitinin dəyişkənliyi səbəbindən xizək və dağ turizmi üçün maraqlı görüntülər yaranıb. Aprel ayında müşahidə olunan bu təbii hadisə bölgə sakinləri və turistlər tərəfindən maraqla qarşılanıb.
Musavat.com
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ