Onlayn ictimai-siyasi qəzet
Şri-Lanka vətəndaşı Mariyadasan Somsundaram Azərbaycanda həbs edilib. Buna səbəb Azərbaycana saxta pasportla gəlməsi olub.
Musavat.com xəbər verir ki, 47 yaşlı Mariyadasan Somsundaram yaşadığı ölkədə maddi vəziyyəti pis olduğu üçün Avropa ölkələrindən birinə getmək istəyib.
Mariyadasan ölkəsində olan zaman 1000 dollara saxta Malayziya pasportu alıb. Həmin saxta pasportla Bakıya gəlməyi bacarıb.
Bakıda hotellərdən birində 3 gün qalan Mariyadasan Romaya getmək üçün bilet alıb. Bu dəfə hava limanında onun pasportunun saxta olduğu müəyyən edilib.
Mariyadasan törətdiyi əməldən peşman olsa da, həbs edilib. Məhkəmənin hökmü ilə 8 ay müddətinə azadlıqdan məhrum edilən Mariyadasan Somsundaram cəzası başa çatdıqdan sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılacaq.
Musavat.com
27 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ