İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin bu həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi ilə görüşə bilər

Rusiya Prezidenti Vladimir Putinin bu həftə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Brayan Uitkofla görüşü baş tuta bilər.

Musavat.com xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Vaşinqton Ukrayna üzrə sülh danışıqları ilə bağlı vasitəçilik səylərini davam etdirir:

"Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin həlli yollarının axtarışı üzrə vasitəçilik səylərini davam etdirir. Bu səylər çox vacibdir", – deyə Peskov bildirib.

Peskov həmçinin əlavə edib ki, bu gün günün ikinci yarısında Prezident Putinin beynəlxalq telefon danışığı planlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR