İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qardaş Köməyi” platforması rəhbərləri zəlzələ bölgəsinə yollanıb

Tükiyədə baş verən zəlzələyə görə yaradılmış “Qardaş Köməyi” platformasının rəhbərliyində təmsil olunduğu bir qrup şəxslər fəlakət bölgəsinə səfər ediblər.

Səfər zamanı onlar Kahramanmaraş, Hatay və zəlzələdən ziyan görmüş ərazilərdə olacaqlar. Dəstək üçün fikir mübadiləsi aparacaqlar. Eyni zamanda mənəvi dəstək olacaqlar.

Səfərin ilk günündə Türkiyə Muharib Qazilər Dərnəyinin genel başqanı Beyazid Yumukla platformanın tsisçilərindən biri olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Adana hava limanında bir araya gəlib. Dağıntılar olan əraziyə birlikdə səfər ediblər.

WhatsApp Image 2023-02-21 at 15.13.19.jpeg (95 KB)

Bu barədə məlumat verən Emin həsənli Herbiand.az-a bildirib ki, hər kəsdə məyusluqla yanaşı bir ümid var.

“Beyazid Yumuk qeyd etdi ki, Türkiyə hər zaman çətinliklə qarşılaşıb və həmişə də bu çətinliklərə qalib gəlib. Bu çətinliyin də öhdəsindən gələcək.

Biz AFAD-ın qərargahında olacağıq. Görülən işlərlə tanış olacağıq və qarşılıqlı qardaşlarımızla hansı işləri görə biləcəyimizi müzakirə edəcəyik. Allah zəlzələ zamanı vəfat edənlərə rəhmət, yaralılara isə şəfa versin.

Hər kəs Azərbaycanın ən ağır zamanda Türkiyənin yanında olmasını məmnunluqla qeyd edir və Azərbaycan xalqına, Azərbaycan Prezidentinə minnətdarlığını bildirir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR