İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağın erməni quldurlardan təmizlənməsi Bakının üzərində qaldı - Gələn il nöqtəni özümüz qoyacağıq!

Ekspert: “4-cü bəndin icrasının ləngiməsi Azərbaycana beynəlxalq hüquqla sülhə məcburetmə haqqı verir...”

“Qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı mövqeyimiz konkretdir”. Bu sözləri bir neçə gün öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bu xüsusda 10 noyabr üçtərəfli sənədi xatırladaraq bildirib: “Üçtərəfli Bəyanatda erməni silahlı birləşmələrin Qarabağdan çıxarılması qeyd olunub. Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu, Ermənistanın öhdəliyidir. Rusiya arqument kimi Ermənistanın da üçtərəfli sənədə imza atmasını göstərir”.

C.Bayramov həmçinin qeyd edib  ki, Qarabağda gərginliyə səbəb olan əsas faktor məhz qanunsuz erməni silahlı birləşmələrin fəaliyyəti ilə bağlıdır: “Azərbaycan üçün bu, qəbuledilməzdir. Danışıqlar zamanı biz bu məsələləri davamlı şəkildə müzakirə edirik”.

Ceyhun Bayramov Naxçıvana niyə gedib? - 07.05.2022, Sputnik Azərbaycan

Göründüyü kimi, C.Bayramov bununla əslində Qarabağdan erməni quldur dəstələrinin çıxarılması məsələsində Rusiyanın məsuliyyəti öz üzərindən atmasına işarə vurub.

Şübhə yox ki, Rusiya qanunsuz dəstələrin ərazimizdə qalmasında maraqlıdır. Bundan o, Bakıya qarşı həm təzyiq aləti kimi istifadə edir, həm də ümumən erməni toplumunda Moskvaya qarşı ovqatın pisləşməsinin qarşısını alır. Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hələ də qanunsuz silahlı dəstələrin az qala legitim hərbi birləşmələr kimi təqdim edilməsinin bir səbəbi də budur.

Hələ harasıdır, Rusiya qanunsuz dəstələr üçün Laçın yolu vasitəsilə dünənədək silah-sursat gətirilməsini də təmin edib. Bu qayğıdan cəsarətlənən separatçılar xüsusən də başa çatmaqda olan 2022-ci ildə Qarabağda dəfələrlə səngərlər qazıb yeni “cəbhə xətti” yaratmağa cəhd ediblər. Halbuki kapitulyasiya aktının 4-cü bəndində aydın şəkildə yazılıb: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”.

Doğrudur, bənddə göstərilmir ki, erməni silahlı qüvvələrini ərazidən konkret kim çıxaracaq. Ancaq onların çıxması bilavasitə Rusiya sülhməramlı kontingentin yerləşməsinə bağlanıb. Yəni əks-məntiq deyir ki, qanunsuz dəstələr çıxmadan Rusiya hərbi kontingenti orada yerləşə bilməzdi! Demək, Rusiya da cavabdehdir.

İkinci tərəfdən, Ceyhun Bayramovun etirafından belə bir qənaət də hasil olur ki, Rusiya Ermənistanı buna məcbur edə bilmirsə, yaxud istəmirsə, onda problemi artıq Azərbaycan özü çözməlidir. Bakı 2023-də məsələyə nöqtə qoyacaqmı?

Anar Əliyev: “Rusiya həm region xalqlarına və dövlətlərə, həm də beynəlxalq  ictimaiyyətə göstərdi ki...” Pravda.az

Anar Əliyev 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a təəssüflə bildirdi ki, bəyanatın imzalanmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq həmin bəndin erməni silahlı qüvvələrinin bölgədən çıxarılması hissəsi yerinə yetirilmir: “Azərbaycanın dəfələrlə təkidli şəkildə bu tələbin yerinə yetirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə Ermənistan və Rusiya tərəfindən müxtəlif fikirlərlə cavab verilir və vəziyyəti uzatmaq cəhdləri görünür. Azərbaycan xarici işlər nazirinin məlum fikirləri Rusiyanın 10 noyabr bəyanatının tələblərinin yerinə yetirilməsinə qarant rolunda çıxış edə bilmədiyini və ya çıxış etmək istəmədiyini nümayiş etdirmiş olur. Bununla da Rusiyanın Cənubi Qafqazda proseslərə təsir etmək imkanlarının zəiflədiyi ortaya çıxır. Bu isə Azərbaycana imkan verir ki, tərəflər- həm Ermənistan, həm də arbitr rolunda çıxış eləyən Rusiya öhdəliyi yerinə yetirmədiyi üçün Azərbaycan da üzərinə götürdüyü bəzi öhəliklərdən, məsuliyyətdən imtina etsin.

Azərbaycan artıq Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməsi üçün daha ciddi tələblər qoymalıdır. Bu öhdəliklər yerinə yetirilmədiyi halda Azərbaycan beynəlxalq hüququn sülhə məcburetmə anlayışndan istifadə etmək hüququ əldə edir. Azərbaycan buna əsaslanıb sülhə məcburetmə əməliyyatı həyata keçirə bilər. Bu yolla Qarabağdakı bütün erməni silahlı birləşmələrinin, terrorçu qrupların məhv edilməsi, zərərsizləşdirilməsi funksiyasını Azərbaycan təkbaşına həyata keçirə bilər. Bu, Azərbaycanın Konstitusiyasına da uyğundur. Azərbaycan xarici işlər nazirinin məlum bəyanatı Azərbaycanın qeyd olunan hüquqdan istifadə etməsinin, qısamüddətli antiterror əməliyyatının anonsu sayıla bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR